Dünya

İrandan atılan raket "Microsoft"un binasına düşdü - Yaralılar var

20 İyun 2025 10:12
Baxış: 549
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın bu gün səhər həyata keçirdiyi ballistik raket hücumu nəticəsində İsrailin cənubunda yerləşən Beerşeva şəhəri və ətraf ərazilər hədəfə alınıb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, hücum zamanı "Microsoft"un ofis kompleksinin yaxınlığına düşən raket böyük dağıntılara və yanğınlara səbəb olub.

Yerli media və fövqəladə hallar xidməti əməkdaşlarının verdiyi məlumata görə, yanğınsöndürənlər alovları nəzarətə almaq üçün əraziyə cəlb edilib. 

Məlumata görə, "Microsoft" korporasiyasının regional ofisinin yaxınlığında partlayış baş verib. Bildirilir ki, binaya ciddi ziyan dəyib, partlayış dalğası bütün pəncərələri uçurub, zərbə yerində yanğın başlayıb. Ən azı 18 nəfər yaralanıb.

Hadisə regionda gərginliyin daha da artmasına və beynəlxalq ictimaiyyətdə genişmiqyaslı münaqişə qorxularına səbəb olub. Qlobal güclər tərəfləri təmkinli davranmağa çağırır.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.