Ölkə

Bakının su təminatı nə vaxt tam bərpa olunacaq? – RƏSMİ AÇIQLAMA

20 İyun 2025 12:42
Baxış: 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hazırda Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə ötürülən su Bakı şəhəri və Abşeron yarımadasının mərkəzi su anbarlarına dolmaqdadır".

Milli.Az xəbər verir ki, bu barədə Trend.az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Bildirilib ki, xəttə aparılan təmir işləri ərazində mövcud, həmçinin ehtiyat anbarlardan istifadə nəticəsində suyun səviyyəsində ciddi azalma müşahidə olunduğu üçün hazırda həmin anbarların doldurulması prosesi icra edilir.

"Anbarların lazımi həcmdə su ilə təmin olunmasından sonra abonentlərə suyun ötürülməsi mərhələli şəkildə bərpa olunacaq", - məlumatda qeyd olunub.

Qeyd edək ki, iyunun 16-dan etibarən Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının əksər ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranıb.

ADSEA Oğuz-Qəbələ-Bakı su kəmərində işlər yekunlaşdıqdan sonra suyun 20 iyun tarixindən əvvəlki rejimlə verilməsi bərpa olunacağını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.