Ölkə

Azərbaycanda bu yazıçılara 350 manat veriləcək - FOTO

20 İyun 2025 12:15
Baxış: 488
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Varis Yolçiyevə 190 manat, İlham Qəhrəmana isə 160 manat ödəyəcək.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Kitabxana Azərbaycan Yazıçılar Birliyinin üzvləri - Əməkdar jurnalist, tanınmış yazıçı-publisist Varis Yolçiyevlə və şair-publisist İlham Qəhrəmanla müqavilə bağlayıb.

Müqavilə hər iki yazıçının nəşrlərinin satınalınması ilə bağlıdır. Kitabxana ilə V.Yolçiyev arasında bağlanmış müqavilənin dəyəri cəmi 190 manat, İ.Qəhrəman arasında bağlanmış müqavilənin dəyəri isə cəmi 160 manat məbləğindədir.

Xatırladaq ki, Respublika Gənclər Kitabxanası ötən il də hər iki yazıçı ilə onlara məxsus nəşrlərin satınalınması ilə bağlı müqavilə bağlamışdı. Həmin müqavilələrə əsasən, kitabxana tərəfindən V.Yolçiyevə 620 manat, İ.Qəhrəmana isə 349,9 manat ödənilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.