Ölkə

Bu xidmət icbari tibbi sığortaya daxil olacaq

20 İyun 2025 12:20
Baxış: 700
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İcbari tibbi sığorta çərçivəsində vətəndaşlara 3315 adda tibbi xidmət təqdim olunur. Bu xidmətlər əsasən ölüm riski yüksək və son 5 ildə əlilliyə səbəb olan xəstəliklərin müalicəsinə yönəlib.

Milli.Az-ın məlumatına görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova məlumat verib.

Onun sözlərinə görə, ilin sonuna qədər ambulator şəraitdə təyin edilən bəzi dərman vasitələrinin də xidmət paketinə daxil edilməsi planlaşdırılır. Bu dərmanlara həzm sistemi ilə bağlı preparatlar və digər vacib vasitələr daxildir.

Bununla yanaşı, kardioloji, travmatoloji, oftalmoloji və digər ixtisaslar üzrə xidmətlərin genişləndirilməsi nəzərdə tutulur.

Leyla Lətifova qeyd edib ki, hədəflər arasında onkoloji xəstəliklərin bir hissəsinin də xidmət paketinə daxil edilməsi yer alır. Bu istiqamətdə Milli Onkologiya Mərkəzi ilə danışıqlar aparılır. Onkoloji xəstəliklərin müalicəsi yüksək maliyyə vəsaiti tələb etdiyindən, proses mərhələli şəkildə həyata keçirilir./metbuat.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.