Müharibəyə ABŞ və Çin də daxil ola bilər
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkə ya İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrə qoşula bilər, ya da problemin həlli üçün başqa yol seçə bilər.
O, bu barədə jurnalistlərə açıqlamasında bildirib:
"Siz mənim nə edəcəyimi bilmirsiniz. Bəlkə mən bunu edəcəm, bəlkə də yox".
Tramp vəziyyətin yaxın zamanda daha aydın olacağını vurğulayıb: "Növbəti həftə çox vacib olacaq".
Davam edən İran- İsrail hərbi qarşıdurması fonunda ən çox maraq yaradan sual ABŞ-nin ortaya qoyacağı ritorika ilə bağlıdır. Bu, döyüşlərin perspektivi baxımından ən vacib məqamdır.
Vaşinqtonun bir neçə variantı olduğu halda Ağ Evin bu alternativlərdən hansını seçəcək?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov açıqlama verib:
"Məsələ burasındadır ki, İsrailin İrana hücumu kifayət qədər ağır nəticə ilə yadda qaldı, İranın onlarla generalı öldü. Bu hadisədən sonra İranın iki seçimi var idi: ya cavab verməmək, ya da adekvat addım atmaq. Birinci variant hərbi gərginliyin genişlənməsinin qarşısını ala bilərdi. Amma bu zaman İran bir sistem kimi daxildən çürüməyə, məhv olmağa başlayacaqdı. Proses vətəndaş müharibəsinə qədər uzana bilərdi.
Amma Tehran ikinci variantı seçdi və İsrail ərazisini vurmağa başladı. Bu, hazırkı əməliyyatların daha genişmiqyaslı müharibəyə çevrilməsinə şəraitm yarada bilər.
İndi İsrail həm də ABŞ-ni müharibəyə çəkmək istəyir. Və bunun üçün bütün mümkün imkanlardan istifadə edir.
Yeri gəlmişkən, qeyd edək ki, əslində Vaşinqtonun bununla bağlı narazı mövqeyi olmasa idi, Təl- Əviv çoxdan savaşa başlayardı. Ancaq ABŞ sona qədər İsrailə müqavimət göstərə bilmədi. Daha doğrusu, Təl- Əviv Vaşinqtonu dinləmədi.
Proseslərin bundan sonra necə inkişaf edəcəyi İranın ritorikasından, o cümlədən ABŞ ilə münasibətlərindən asılı olacaq. Əgər Tehran nüvə sazişi ilə bağlı konstruktiv mövqe ortaya qoysa, ABŞ neytrallığını qoruyacaq. Əks halda isə ABŞ mövcud durumdan istifadə edərək rəsmi Tehrana qarşı təzyiqləri artıra bilər. İsrail isə mümkün qədər çalışacaq ki, razılıq əldə olunmasın. Hücumun məqsədi də elə bu idi. Bütün bunları nəzərə alsaq deməliyik ki, hərbi gərginlik yaxın zamanda başa çatmayacaq. Əksinə, vəziyyətin daha da pisləşəcəyi ehtimalı var".
O qeyd edib ki, Vaşinqton nüvə danışıqlarının pozulmaması üçün hərbi əməliyyatların başlanmasına qarşı idi. Amma indiki vəziyyət də "B" variantı kimi Ağ Evin maraqlarına cavab verir. ABŞ İranı sıxışdırmağa davam edəcək:
"Əgər ABŞ İsrailə dəstək verirsə də belə, bu hələ ki sahədə özünü göstərmir. ABŞ İsrailə müəyyən kəşfiyyat məlumatları ötürə bilər, bu qədər. Ancaq İran nüvə danışıqları ilə bağlı radikal mövqeyini və ambisiyasını davam etdirsə, onda ABŞ daha ciddi formada İsrailə dəstək göstərə bilər.
Müəyyən müddətdən sonra ABŞ-nin İsrailə açıq dəstək verməsi mümkündür. Amma Tramp əvvəlcə mümkün riskləri nəzərə almalıdır. Məsələ burasındadır ki, ABŞ-nin İsrailə dəstəyi Çinin də İrana hərbi yardımı ilə nəticələnəcək. Bu isə supergüclər arasında birbaşa hərbi toqquşmaya gətirib çıxara bilər".
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident Türkiyəyə niyə getmədi?
-
Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
-
Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik - Paşinyan
-
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
-
Milli və mənəvi dəyərlərin vəhdəti: Azərbaycançılıq ideologiyası
-
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
-
Ceyranbatanda məktəbdə bir neçə şagird rotavirusa yoluxub - Yenilənib
-
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir
-
Xətai və Suraxanıda qaz olmayacaq
-
Məşq zamanı vəfat edən Rəsulun (Fotosu)
-
Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
-
Xalq artisti Zaur Rzayev vəfat edib
-
Prezident Türkiyəyə niyə getmədi?
-
Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb - (Foto)
-
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
-
Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
-
Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - (Foto)
-
Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
-
Ukraynada rusdilli mahnılar qadağan edilə bilər
-
Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edəcək
-
Siyəzəndə faciə: 11-ci sinif şagirdi motosikletlə evə çırpıldı
-
İrəvandan havaya qalxan təyyarə təhlükə siqnalı verdi
-
İlham Zəkiyev: “Gözlərim açılanda ilk övladlarımı görmək istərdim” (Video)
-
Məktəbdə jurnalistlərə hücumla bağlı cinayət işi başlandı
-
Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik - Paşinyan
-
Bakıda dünya ulduzlarının iştirakı ilə Baku International Arts Festival 2026 festivalının açılışı olub - (Foto)
-
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq





