Suriyanın Turizm Nazirliyi ölkədəki ictimai çimərliklər və hovuzlarla bağlı yeni geyim qaydalarını açıqlayıb.
Milli.Az xəbər verir ki, qaydalara əsasən, qadınların ictimai məkanlarda yalnız burqa və ya bütün bədəni örtən mayo geyinmələri məcburi olacaq.
Turizm naziri Mazen əl-Salhani sosial şəbəkə üzərindən etdiyi açıqlamada bildirib:
"İstər turist, istərsə də yerli sakin olsun, hər kəsin ictimai çimərliklərdə və hovuzlarda cəmiyyətin zövqünü və müxtəlif təbəqələrin həssaslığını nəzərə alan geyimlərdən istifadə etməsi vacibdir."
Nazirliyin yaydığı göstərişə əsasən:
Qadınlar çimərliklə digər ictimai yerlər arasında hərəkət edərkən bikininin üzərindən plaj örtüyü və ya bol xalat geyinməlidirlər.
Kişilərə isə hovuz və çimərlik sahələri istisna olmaqla, ictimai yerlərdə üstsüz gəzmək qadağandır.
Fidan
Milli.Az