Gürcüstanda Yeni il ağacı işıqlandırılan zaman alışıb
Milli.Az xəbər verir ki, Gürcüstanın Qardabani şəhərində Yeni il ağacı yanıb.
Alov bir neçə saniyə ərzində bütün ağacı əhatə edib. Güclü yanğın nəticəsində Yeni il ağacı toplaşanların gözü qarşısında tamamilə yanaraq kül olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Milli.Az





