Dünya

Zelenskinin arvadından Azərbaycanla bağlı açıqlama

9 İyun 2025 20:14
Baxış: 1 064
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda Ukrayna dilində audiobələdçi yaradılıb.

Milli.Az Report-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın birinci xanımı Yelena Zelenskaya bildirib.

Bu təşəbbüs dünya mədəni abidələrinin ukraynalaşdırılması layihəsi çərçivəsində həyata keçirilir: "Layihə sayəsində artıq dünyanın 53 ölkəsində Ukrayna dilində 102 audiobələdçi istifadəyə verilib".

Qeyd olunub ki, Ukrayna dilində audioekskursiya indi Xəzər dənizi sahilində - dünyanın ilk tanker-muzeyi olan "Suraxanı" gəmisində əlçatandır.

"Lüksemburqa və ya Azərbaycana gedəcək ukraynalıların doğma dildə görəcəkləri və eşidəcəkləri şeylər olacaq. Beləliklə, yeni ölkələri, bəlkə də öz tarixini daha yaxşı anlamaq mümkün olacaq. Çünki muzeylər hamı üçün vacib olanlar haqqında danışaraq dünyanı birləşdirir. İndi dilimiz də Ukrayna audiobələdçilər layihəsində bunu edir", - Y.Zelenskaya vurğulayıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.