Bu gün səhər saatlarında İranın Çaharmahal və Bəxtiyari əyalətinin Boldaci şəhərində zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, "Azad İran" "Telegram" kanalının məlumatına görə, təkanlar Rixter cədvəli üzrə 4.2 bal gücündə qeydə alınıb.
Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.
Hazırda dağıntılar və ya zərərçəkənlər barədə məlumat yoxdur.
Milli.Az