Çinin mərkəzi Hubei əyalətində maraqlı və təhlükəli hadisə baş verib. Yüksək sürətli qatardan səhvən enməyə çalışan bir qadın qatarın qapısında sıxılıb qalıb.
Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, hadisə qadının yanlış qatara mindiyini anlayaraq tələsik düşmək istədiyi anda baş verib.
Qapılar bağlanmağa başlayanda o, tam çıxa bilməyib və yarı bədənilə içəridə, yarı çöldə qalaraq qapıda sıxılıb.
Hadisə yerinə dərhal qatar heyəti və təhlükəsizlik işçiləri cəlb olunub. Qadın xəsarət almadan qapıdan çıxarılıb.
Məlumata görə, qadının səhv qatara minməsi səbəbindən panikaya düşdüyü və düşməyə çalışarkən ehtiyatsız davrandığı bildirilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Kənan
Milli.Az