Dünya

Qazaxıstanda zəlzələ oldu

23 May 2025 16:21
Baxış: 391
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanın şərqində yerli vaxtla baş verən zəlzələ sakinlər arasında narahatlıq yaradıb.

Milli.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi rəsmi məlumat yayıb.

Yeraltı təkanlar Taldıkorqan şəhərindən cəmi 20 kilometr aralıda qeydə alınıb. Sakin sayı təxminən 145 min nəfər olan şəhər üçün bu zəlzələ ciddi diqqət doğurub.

Zəlzələnin maqnitudası 4,6 bal, ocağı isə 20 kilometr dərinlikdə olub.

Hazırkı məlumata görə, hər hansı dağıntı və ya insan tələfatı baş verməyib.

Qazaxıstanın müvafiq orqanları ərazidə vəziyyəti izləyir və ehtiyat tədbirlərini gücləndiriblər.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.