Dünya

İsraildə fövqəladə vəziyyət elan olundu - Əhali təcili təxliyyə olunur - FOTO

1 May 2025 10:50
Baxış: 1 134
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin Baş naziri Benyamin Netanyahu Qüds yaxınlığında baş verən və sürətlə yayılan meşə yanğınlarını "milli fövqəladə vəziyyət" adlandırıb.

Milli.Az xəbər verir ki, güclü küləklər və yüksək temperatur fonunda yanğınlar şəhərə doğru irəlilədiyi üçün Qüdsün özü belə təhlükə altına düşüb.

Yanğınsöndürənlər bir neçə nəfərin xəsarət almasına səbəb olan alovları nəzarətə almağa çalışdığı bir vaxtda, İsrail ordusu da prosesə cəlb olunub. Qalxan tüstü səbəbilə magistral yollar bağlanıb, minlərlə insan təxliyə olunub.

Onlarla insan xəsarət alıb, risk altında olan minlərlə vətəndaş var

İsrailin xilasetmə xidməti Magen David Adom (MDA) tərəfindən verilən məlumata görə, 23 nəfərə tibbi yardım göstərilib, onlardan 13-ü xəstəxanaya yerləşdirilib.Əksəriyyət tüstüdən zəhərlənmə və yanıq xəsarətləri ilə mübarizə aparır.

Qüds-Təl-Əviv magistral yolu bağlanıb, bəzi icmalar artıq boşaldılıb. Polis əhalini bölgəyə səfərlərdən çəkinməyə çağırıb.

Yanğınlar Qüdsdən 30 kilometr qərbdə yerləşən Latrun və Bet Şemeş ətrafındakı meşəlik ərazilərdə tüğyan edir. Yüksək temperatur və güclü küləklər alovun yayılmasını sürətləndirib. 

İsrail Xarici İşlər Nazirliyi Yunanıstan, Kipr, Xorvatiya, İtaliya və Bolqarıstan daxil olmaqla bir sıra ölkələrə yardım üçün müraciət edib.

Qeyd edək ki, İsrail Qüds yaxınlığındakı meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan da kömək istəyib.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.