Dünya

Dəhşətli zəlzələ proqnozu verən astroloq həbs edildi

25 Aprel 2025 18:35
Baxış: 1 035
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Myanmada gözlənilən zəlzələ ilə bağlı çaxnaşma yaydığı üçün TikTok "astroloqu" həbs edilib.

Milli.Az bildirir ki, Myanmada məşhur sosial media astroloqu Con Moe Te bütün ölkəni vuracağı ehtimal edilən güclü zəlzələni proqnozlaşdırdığı üçün saxlanılıb. Onun insanları hündürmərtəbəli binalardan uzaq durmağa və hər zaman zəruri əşyaları daşımağa çağırdığı videosu əhali arasında panika dalğasına səbəb olub.

Myanma hərbi hökuməti açıqlamasında bloqqerin yalan məlumat yaydığını və ona qarşı qanunvericiliyə uyğun olaraq effektiv tədbirlər görəcəyini bildirib. Səlahiyyətlilər həmçinin xəbərdarlıq edib ki, saxta xəbərlərin yaradılması və ya yayılması ilə məşğul olan hər kəsi oxşar hərəkət gözləyir. Həbsdən sonra astroloqun TikTok hesabı silinib.

Qeyd edək ki, bu ilin mart ayının sonları Myanmada 7.9 bal gücündə zəlzələ olub. Nəticədə 3 mindən çox adam həlak olub. /lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.