Bu respublikanın rəsmi dili azərbaycanca imiş - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"1923-ci ildən 1928-ci ilə qədər Dağıstanda rəsmi dil Azərbaycan Türkcəsi elan edilmiş idi".
Milli.Az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev məlumat paylaşıb.
O qeyd edib ki, Abdulqadir Alqədərinin müəllif olduğu "Yeni türk əlifbası və ilk qiraət" adlı kitabı da orta məktəblərdə tədris edilib:
"Bu qərar qəbul edilən zaman Dağıstanda çox mübahisələr gedib. Moskvaya xidmət edənlər "rusca Leninin dilidir, inqilabın dilidir" deyərək Azərbaycan türkcəsinin qəbul edilməsinə qarşı çıxış ediblər.
Halbuki Azərbaycan türkcəsinin qəbul edilməsi elə Moskvanın tələbi idi. 1923-cü ildə Dağıstanda Moskvanın tövsiyəsi ilə güclü bir din əleyhinə hərəkat başladı. Bu hərəkatın ən vacib hissəsi ərəb dilinə qarşı kampaniya idi. Beləcə, 1923-cü ildə Dağıstanın yeganə rəsmi dili Azərbaycan Türkcəsi elan edildi.
Dağıstan rəhbərlərindən N.Samurskinin fikrincə, rus dili Dağıstan xalqlarının dili ola bilməzdi. Onun fikrincə, bu, dağ cəmiyyətində rus dilinə mənfi münasibətlə bağlı idi, çarizmin zülm və zorla ruslaşdırma siyasəti ilə bağlı idi və eyni zamanda Dağıstanda bu fikrə məhəl qoymayan müsəlman din xadimləri arasında qəzəbli narazılıq yarada bilərdi. Azərbaycan türkcəsi isə müsəlman kütlələrinin dili olaraq belə maneələrlə qarşılaşa bilməz. Dağlarda dünyəvi təhsilə nail olmaq üçün silah kimi istifadə edilən Azərbaycan türkcəsi ərəb sxolastikasının və fanatizminin hökmranlığını sarsıtmağa qadir olan yeganə dildir".
"Lakin 1928-ci ildə mübarizədə Rus dili və əlifbası qalib gəlsə də, 1952-ci ilə qədər rutul və saxurlar yaşayan ərazilərdə tədris Azərbaycan Türkcəsində aparıldı.
Bu fakt bir daha sübut edir ki, Moskva Qafqazda eyni dildə danışan xalqları parçalayaraq hökm sürmək məqsədilə rus dilini zorla əsas dil edibdir", - Z.Əliyev vurğulayıb./Globalinfo.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Tramp: İran bizim şərtlərimizi qəbul etmir
-
Alimlər Ay torpağında ilk dəfə kartof yetişdirdilər
-
"Evimdə isitmə cihazı yoxdur, gödəkçə ilə yatıram" - (Video)
-
Rusiyanın atdığı raket Polşa ərazisinə düşdü – (Video)
-
Paşinyan xalqa müraciət edəcək: Yeni Konstitusiya hazırdır
-
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
XƏBƏR LENTİ
-
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
-
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
-
Dörd bürc noyabrın sonuna qədər varlanacaq
-
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
-
Qışda paltarları radiatorun üzərində qurutmaq təhlükəlidir - xəbərdarlıq
-
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
-
“BYD”nin yeni avtomobili 9 dəqiqəyə enerji doldurur
-
Qabarcıqlı sellofan əslində nə üçün icad edilmişdi? — Maraqlı tarixçə
-
"Tünzalə keçmişini unudandır" - Elza Seyidcahan
-
Milyarderlərin süfrəsinə qətiyyən qoyulmayan qidalar açıqlandı
-
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
-
“Verilişlərimizi bağladınız, tənqid olunan şeylər yenə efirdədir" - Zaur Baxşəliyev
-
Həkimlərin də "olmaz" dediyi şeyi 90 il etdi - 117 il yaşadı
-
Sevgilisinə 25 minlik çanta almadı - Qız onu blokladı
-
Səməd Həsənov vəfat etdi
-
Bruno Marsa ağır itki - (Foto)
-
Günün qoroskopu: Qətiyyətli addımlar atmaq üçün münasib vaxtdır.
-
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir - (Foto)
-
Zeynalabdin Allahyarov həbs olundu
-
"Real" Tibo Kurtuanın müqavilə müddətini uzadıb
-
Kristiano Ronaldo karyerasında 986-cı dəfə fərqləndi
-
Naftalanda 3 məktəblini maşın vurub - Yenilənib
-
"Polad Alemdar"ın son halı müzakirə yaratdı - (Foto)
-
Bakıda villada qanlı hadisə - (Video)





