Rusiya Zelenskini pasxa atəşkəsini qəbul etməyə məcbur etdi - Puşkov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkovun fikrincə, Ukrayna pasxa bayramı münasibətilə elan olunan atəşkəsi qəbul etməyə məcbur olub.
Milli.Az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında paylaşım edib.
"Əslində, Kiyevin başqa seçimi yox idi. Əks halda, bu, Ukraynanın sülh istəmədiyini rəsmi şəkildə etiraf etməsi kimi qiymətləndirilə bilərdi. Beləliklə, Ukrayna faktiki olaraq Rusiya tərəfindən pasxa atəşkəsini qəbul etməyə məcbur edildi," - deyə Puşkov bildirib.
Senator həmçinin qeyd edib ki, atəşkəsin elan edilməsinə baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin (USQ) Xerson vilayətində atəşkəsi pozduğu barədə xəbərlər daxil olmağa davam edir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir gün əvvəl pasxa bayramı münasibətilə 19 aprel saat 18:00-dan 21 aprel saat 00:00-dək müvəqqəti atəşkəs elan edib. Prezident Volodimir Zelenski isə əvvəlcə bu təklifə razılıq verməsə də, daha sonra mövqeyini dəyişərək atəşkəsi qəbul edib. Nəticədə Ukrayna Silahlı Qüvvələrinə rus mövqelərinə atəş açmamaq əmri verilib.
Bununla belə, Xerson vilayətinin rəhbəri Vladimir Saldo USQ-nin atəşkəs rejimini pozduğunu iddia edib.
Puşkov əlavə edib ki, Qərb mediası Zelenskinin ilkin mövqeyini atəşkəsdən imtina kimi şərh edib. Daha sonra Kiyev rəsmilərinin vəziyyəti qiymətləndirərək başa düşdükləri, Putinin bu addımı ilə siyasi üstünlük qazandığı və Kiyevi çətin vəziyyətdə qoyduğu qənaətinə gəldikləri bildirilib.
Senatorun sözlərinə görə, ABŞ-nin prezidenti Donald Trampın atəşkəs və münaqişənin nizama salınması ilə bağlı "siqnallar" gözlədiyi bir vaxtda Kiyevin bu addımı uğursuz görünə bilərdi. Puşkovun iddiasına görə, Zelenskiyə bu vəziyyətin izahını Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer veriblər və bu, Ukrayna liderinin qərarını dəyişməsinə səbəb olub.
BMT isə Rusiyanın pasxa atəşkəsi ilə bağlı qərarını şərh edərək, bu məlumatı nəzərə aldıqlarını bəyan edib.
Xəyal
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Gəncədə pizzadan zəhərləndilər
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Millimiz hesabı açdı - (Yenilənib)
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"





