Dünya

İsrail səfirliyindən Azərbaycanla münasibətlərin 33-cü ildönümünə xüsusi təbrik - FOTO

7 Aprel 2025 15:00
Baxış: 561
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail səfirliyi Azərbaycan-İsrail arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibətilə ölkəmizi təbrik edib.

Milli.Az xəbər verir ki, bununla bağlı İsrail səfirliyinin "X" hesabında paylaşım edilib.

"Azərbaycan-İsrail diplomatik əlaqələrinin 33-cü ildönümü mübarək! Hər böyük münasibət kimi, biz də bu 3 onillikdə möhkəm təməl üzərində qurulmuşuq: Qarşılıqlı hörmət, ortaq maraqlar, əlbəttə ki, bir az da humus və plov...

Enerji sahəsindən tutmuş innovasiyalara qədər bu tərəfdaşlıq zaman keçdikcə daha da gözəlləşir.

Bu günü qeyd etmək üçün süni intellektdən dostluğumuzu necə təsəvvür etdiyini soruşduq. Sürpriz deyil ki, o, sorğumuza yaradıcılıqla cavab verdi. Gün ərzində bu rəqəmsal şah əsərləri sizinlə paylaşacağıq. Çünki 33 illik əməkdaşlıq bir az əyləncəyə layiqdir", - paylaşımda deyilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.