Dünya

Ağ Evdə iftar - Tramp qonaqlarını qəbul etdi

28 Mart 2025 11:00
Baxış: 579
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətinin ilk iftar proqramında Amerika müsəlman liderləri və bir sıra müsəlman ölkələrinin nümayəndələri ilə görüşüb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Tramp proqramdakı çıxışına "Ramazanınız mübarək" sözləri ilə başlayıb və 2024-cü il prezident seçkilərində Amerika müsəlmanlarının ona verdiyi dəstəyə görə təşəkkür edib.

Ağ Evdə keçirilən iftar proqramında Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Livan, Pakistan və digər müsəlman ölkələrinin rəsmiləri iştirak ediblər.

Tramp çıxışı zamanı Yaxın Şərqdə davamlı sülh üçün apardığı siyasəti vurğulayaraq, "Biz müsəlman icmasına verdiyimiz vədlərə əməl edirik. Hamının qeyri-mümkün olduğunu düşündüyü İbrahim Razılaşmalarına əsaslanaraq, Yaxın Şərqdə davamlı sülh üçün çalışırıq" deyib.

Xüsusilə Miçiqan ştatında yaşayan Amerika müsəlmanlarına təşəkkür edən Tramp "Prezident olduğum müddətdə sizin yanınızda olacağam. Daha parlaq və ümidli gələcək üçün birlikdə işləməyi səbirsizliklə gözləyirəm" sözlərini əlavə edib.

Qeyd edək ki, tədbir müsəlman liderləri və ABŞ hökuməti arasında dialoqu gücləndirmək məqsədi daşıyır.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.