Dünya

Seulda prezidentin impiçmenti ilə bağlı kütləvi aksiyalar keçirilib

15 Mart 2025 18:58
Baxış: 351
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

On minlərlə insan Cənubi Koreyanın paytaxtı Seulun mərkəzində ölkə prezidenti Yun Sok Yolun impiçmenti məsələsi ilə bağlı mitinqlərdə iştirak edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, "Candle Move" etiraz hərəkatı Konstitusiya Məhkəməsinin binası qarşısında prezidentin əleyhdarlarının iştirakı ilə mitinq təşkil edib.

Qrupun liderlərindən biri olan Kim Min Unun sözlərinə görə, prezident "vəzifəsinə bərpa edilə bilməz", çünki onun hərəkətləri, o cümlədən keçən ilin dekabrında qısamüddətli hərbi vəziyyətin tətbiqi ölkədə demokratiyaya ziyan vurur.

Eyni zamanda, prezidentin tərəfdarları Kvanxvamun rayonunda genişmiqyaslı mitinq keçirərək onun dərhal vəzifəsinə bərpa edilməsinə çağırıblar.

Polisin məlumatına görə, aksiyada təxminən 35 min nəfər iştirak edib.

Şəhər küçələrində asayişin təmin edilməsi üçün 3 min 600-ə yaxın polis səfərbər edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.