Hadisə

Azərbaycanda meyitxanaya gətirilən 34 yaşlı kişi ölməyibmiş - YENİLƏNİB

15 Mart 2025 20:40
Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:40

Cəlilabad meyitxanasına meyit kimi daxil olan şəxs komatoz vəziyyətdə olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün Cəlilabad rayon Tahirli kəndi ərazisində baş verib.

1991-ci il təvəllüdlü Xəyal Yusif oğlu Quliyev Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Əraziyə PPX - nin əməkdaşları cəlb olunub.

Məlum olub ki, ölməyə cəhd göstərən X.Quliyev ölməyib və o, komatoz vəziyyətdədir.

Dərhal X.Quliyev Cəlilabad rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə Xəyal Quliyevə zəruri olan bütün ilkin tibbi xidmətlər göstərilib, vəziyyəti ağır olaraq qalır.

Fakt araşdırılır.

----------
12:54

Cəlilabadda meyit tapılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Cəlilabad rayon Tahirli kənd sakini 1991-ci il təvəllüdlü Xəyal Yusif oğlu Quliyevin meyiti tapılıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.