Hadisə

3 yaşlı uşağı elektrik cərəyanı vurdu - yenilənib - FOTO

15 Mart 2025 22:47
Baxış: 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:47

Azyaşlının elektrik cərəyanı vurması ilə bağlı Lənkəran rayon mərkəzi xəstəxanası açıqlama verib.

Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev bildirib ki, bu gün elektrik cərəyanı vurması səbəbilə 2023-cü il təvəllüdlü azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Azyaşlı şöbəyə daxıl olarkən həyat əlamətləri olmayıb, təcili yardım şöbəsinin həkimlərinin uğurlu müdaxiləsi nəcəsində uşağa dərhal ürək ağciyər reanimasiyası tətbiq olub.

Müdaxilələrdən sonra azyaşlının ürək fəaliyyəti bərpa olunub, vəziyyəti stabilləşib, Reanimasiya şöbəsinə yerləşdirilib.

Daha sonra azyaşlı Bakı şəhərində yerləşən Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub.

--------------
22:10

Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub.

Milli.Az-ın verdiyi xəbərə görə, Sabirabad rayon sakini 2022- ci il təvəllüdlü A.Səmədzadə(qız uşağı) elektrik cərəyanı vurması nəticəsində ürək dayanması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Uşağa ilkin tibbi xidmətlər göstərilib və ürək fəaliyyəti uğurla bərpa olunub.

İlkin məlumata görə, A.Səmədzadə soyuducunun cərəyan hissəsinə toxunub.

Qeyd edək ki, hazırda A.Səmədzadə müalicəsinin davamı üçün Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

Fakt araşdırılır. /APA

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.