Hadisə

Bakıda motosikleti insanların üzərinə sürən şəxs həbs edildi

15 Mart 2025 19:40
Baxış: 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda motosikletlə ictimai yerdə xuliqanlıq hərəkətləri edən şəxs məsuliyyətə cəlb edilib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, hadisə martın 12-si saat 21 radələrində Xətai rayonu ərazisində baş verib.

Motosikletlə ictimai yerdə davranış qaydalarını pozaraq, nəqliyyat vasitəsini insanların üzərinə sürən, həmçinin ətrafa güclü səs yayan şəxs artıq saxlanılıb.

Onun 1981-ci il təvəllüdlü Masallı rayon sakini S.Həsənov (şərti) olması müəyyən edilib. Eyni zamanda saxlanılan şəxsin orta dərəcəli sərxoş vəziyyətdə olması ekspert rəyi ilə müəyyən edilib.

Barəsində inzibati protokol tərtib edilən S.Həsənova Xətai Rayon Məhkəməsinin qərarı ilə on sutkalıq həbs verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.