Cəlilabad rayonunda fərdi yaşayış evi yanıb.
Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində, Rəşid Səfərova məxsus evdə qeydə alınıb.
Belə ki, ümumi sahəsi 220 kvadratmetr (hər mərtəbəsi 110 kvadratmetr) olan ikimərtəbəli 10 otaqlı evdə qəfil yanğın başlayıb.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunsa da, ev tamamilə yanıb.
İlkin məlumata görə, yanğın Novruz bayramı ilə əlaqədar olaraq şirniyyatın bişirildiyi elektrik sobasında başlayıb. Sobanın uzun müddət qoşulu qalması yanğına səbəb olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az