Dünya

Yutuber canlı yayım zamanı öldürüldü

15 Mart 2025 18:30
Baxış: 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın paytaxtı Tokionun mərkəzində yutuber Ayri Sato canlı yayım zamanı bıçaqlanaraq, qətlə yetirilib.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, polis hadisədən sonra bir nəfəri saxlayıb. Şahidlər və canlı yayımı izləyənlər hücum zamanı Satonun kömək çağırışını eşitdiklərini deyiblər.

Polis 42 yaşlı Kenci Takanonu həbs etdiklərini bildirib. Ayri Sato hadisə zamanı bədənin yuxarı hissəsindən aldığı ağır yaralarla xəstəxanaya aparılıb. Lakin görülən tədbirlərə baxmayaraq, qız orada ölüb. Takano prokurorluğa təhvil verilib, lakin hələ də ittiham irəli sürülməyib.

Silahlara nəzarətin son dərəcə sərt olduğu Yaponiyada zorakı cinayətlərə nadir hallarda rast gəlinir. Lakin son illərdə bıçaq və əldəqayırma silahlarla bir neçə səs-küylü cinayətlər baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.