Dünya

Bu ölkənin nüvə hədəfləri ABŞ-ın siyahısında: Tramp hansı addımı atacaq?

15 Mart 2025 19:11
Baxış: 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Cənubi Koreyanı "həssas ölkələr" siyahısına əlavə edib. Qərarın Seulun mümkün nüvə silahı proqramına dair siqnallar verdiyi bir vaxtda qəbul edilməsi diqqət çəkib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi açıqlama yayıb.

Bu qərar Cənubi Koreya prezidentinin qısa müddət ərzində hərbi vəziyyət elan etməsindən və ölkənin nüvə silahı hazırlaması ehtimalını artırdıqdan sonra verilib.

Qeyd edilib ki, qərar yanvar ayında Bayden administrasiyası tərəfindən verilib və yeni prezident Donald Tramp tərəfindən geri götürülməyəcək.

Rəsmilər bu addımın Cənubi Koreya ilə elm və texnologiya sahəsində əməkdaşlığa yeni məhdudiyyətlər qoymadığını vurğulayıb.

Həssas ölkələr siyahısına edilən dəyişikliklərin aprelin 15-dən qüvvəyə minməsi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.