Dünya

Keçmiş Prezident hava limanında saxlanıldı

11 Mart 2025 15:59
Baxış: 684
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Filippinin sabiq prezidenti, 2016-2022-ci illərdə ölkəyə rəhbərlik etmiş Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında martın 11-də Manila hava limanında saxlanılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Filippin hakimiyyətinin bəyanatında deyilir.

Bildirilir ki, polis Duterteni narkotiklərlə mübarizə zamanı insanlığa qarşı törətdiyi cinayətləri araşdıran BCM-nin orderi əsasında nəzarətə götürüb. 79 yaşlı Rodriqo Dutertenin səhhətinin yaxşı olduğu vurğulanıb.

Qeyd edək ki, Dutertenin həbsindən sonra harada saxlandığı və ya BCM-ə təhvil verilməsi üçün nə vaxt Avropaya aparılacağı hələlik bəlli deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.