Dünya

Arıqlamaq istəyi 80 nəfərin ölümünə səbəb oldu

24 Fevral 2025 15:40
Baxış: 2 591
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada şəkərli diabet və arıqlamaq üçün istifadə olunan dərmanların qəbulu nəticəsində 82 nəfər ölüb.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə "San" qəzeti Dərman və Tibbi Məhsulların Tənzimlənməsi Agentliyinə (MHRA) istinadən məlumat yayıb.

Agentliyin təhlükəsizlik üzrə baş mütəxəssisi Ellison Keyv vurğulayıb ki, belə dərmanların qəbulu, davam etdirilməsi və ya dayandırılması ilə bağlı qərar yalnız həkim tərəfindən verilməlidir.

"Bu preparatların yan təsirləri arasında ürəkbulanma, qusma və ishal qeyd olunur. Lakin britaniyalı həkimlərin məlumatına görə, həyati təhlükə yaradan qıcolma, bağırsaq keçməzliyi və mədəaltı vəzinin iltihabı kimi ağırlaşmalar da istisna edilmir", - məlumatda bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.