Dünya

Makronun Trampla "səmimi söhbət"i

18 Fevral 2025 18:51
Baxış: 593
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti Donald Tramp Makronun Parisdə Avropa liderləri ilə təhlükəsizlik məsələlərini müzakirə etmək üçün görüşməsindən əvvəl telefon danışığı aparıblar.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Fransa prezidentinin ofisinin məlumatına görə, "səmimi söhbət" 20 dəqiqə davam edib.

Bu danışıq Avropa liderlərinin Trampın ikinci müddətinin yaratdığı sarsıntılara, xüsusilə də onun Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiya Prezidenti Vladimir Putinlə birbaşa görüşmək planlarına vahid cavab verməyə çalışdıqları bir vaxtda baş tutub. Avropa ölkələri mühüm danışıqlardan kənarda qalmaqdan narahatdırlar.

Ağ Ev rəsmisi söhbəti "dostluq" kimi xarakterizə edib və bildirib ki, iki lider "Ukrayna müharibəsi, Avropa dövlətlərinin sabah keçiriləcək görüşü və ABŞ və Rusiya rəsmiləri arasında Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlar" barədə danışıblar.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.