Mask niyə uşaqları ilə birlikdə siyasi tədbirlərə qatılır? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Amerikalı milyarder İlon Maskın son dövrlərdə uşaqları ilə birliktə ictimai tədbirlərə qatılması müxtəlif fikirlərə səbəb olub.
Milli.Az xəbər verir ki, Mask çərşənbə günü Ağ Evdə ABŞ Prezidenti Donald Trampla birgə mətbuat konfransına dörd yaşlı oğlu "Lil X"i də aparıb.
Növbəti gün "Lil X" və iki bacı və qardaşı Hindistanın baş naziri Narendra Modi ilə hədiyyə mübadiləsi ediblər. Mask isə hindistanlı liderlə texnologiya və innovasiya mövzularında müzakirələr aparıb.
Tanınmış milyarder siyasətə gəlməzdən əvvəl də uşaqlarını beynəlxalq səfərlərə aparırdı. O, Türkiyə prezidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə, "Auschwitz" düşərgəsində keçirilən anım mərasiminə və 2021-ci ildə "Time" jurnalı tərəfindən "ilin adamı" seçildiyi tədbirə uşaqları ilə birlikdə qatılıb.
Mask uşaqlarını niyə ictimai tədbirlərə aparır?
Amerika Universitetinin professoru Kurt Braddok bildirib ki, Maskın uşaqlarını ictimaiyyət qarşısına çıxarması müsbət imic formalaşdırmaq üçün atılan addımdır.
Bununla belə, professor Oval ofisə azyaşlı uşağın gətirilməsini qeyri-adi hesab edir:
"Mətbuat konfransı zamanı "Lil X" atasını təqlid edib, döşəməyə oturub və bəzən otaqdakı insanlara "sakit olun" deməsi ilə diqqət çəkib".
Braddok düşünür ki, Maskın uşaqlarını bu tədbirlərə gətirməsi həm onun, həm də Trampın diqqəti müəyyən məsələlərdən yayındırmağa xidmət edir.
Harvard Universitetinin professoru Con Haber isə bu vəziyyətin Tramp üçün faydalı olduğunu bildirir:
"Xaos Tramp üçün faydalıdır. Nə qədər çox diqqət yayındıran amillər olsa, insanların əsas məsələlərə fokuslanması bir o qədər çətinləşir".
Maskın keçmiş sevgilisi və "Lil X"in anası Qrims isə oğlunun Oval ofisə aparılmasını tənqid edib. O, 2022-ci ildə verdiyi müsahibəsində oğlunun diqqət mərkəzində olmasından narahat olduğunu bildirmişdi.
Qeyd edək ki, İlon Maskın üç qadından 12 uşağı var. Onlar arasında ən məşhur olanlar isə "X Æ A-12" və "Lil X" hesab olunur. Tanınmış milyarder "Twitter"i satın aldıqdan platformaya oğlunun adını verib. /Teleqraf
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
Nobel mükafatının məbləği artırıldı
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
XƏBƏR LENTİ
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)





