Min illərlə gizlədilmiş nəhəng piramida AŞKARLANDI - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Peruda arxeoloqlar müqəddəs Caral şəhərinin yaxınlığında, Supe vadisindəki Chupacigarro ərazisində min illərlə yerin altında qalmış nəhəng piramida aşkar ediblər. Bu mühüm kəşf Amerika qitəsindəki ən qədim inkişaf etmiş sivilizasiya haqqında yeni anlayışlar təqdim edir.
Milli.Az türk mətbuatına istinadla xəbər verir ki, tədqiqatçılar piramidanı "huancas" adlanan dayanıqlı daşları görəndə aşkarlayıblar. Bu daşlar həm binanın əsas künclərini müəyyənləşdirir, həm də ərazinin dini mərasimlər üçün istifadə olunduğunu göstərir. Ən maraqlı tapıntılardan biri isə torpağa həkk olunmuş 62 metr uzunluğunda və 30 metr enində nəhəng insan başı təsviridir.
Qədim dövrlərdə piramida kiçik bir çayın kənarında inşa edilmiş və həm su mənbəyi, həm də daxili bölgələrlə sahillər arasında ticarət yolu kimi istifadə olunmuşdur. Alimlər bu ərazinin Caral sivilizasiyasına aid olduğunu düşünürlər. Caral min ildən çox hökmranlıq etmiş və yüksək inkişaf etmiş bir ictimai quruluşa sahib olmuşdur.
Peru hökuməti ümid edir ki, bu kəşf turizmi canlandıracaq və regiona olan marağı artıracaq. Arxeoloqlar isə qazıntıları davam etdirərək bu qədim sivilizasiyanın sirrlərini açmağa çalışırlar.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ABŞ ordusu katerə zərbələr endirdi: Ölənlər var
-
Tramp süni intellektin adını dəyişdi
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi
-
Rusiyada zəlzələ oldu
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Bu yollarda sürət həddi artırıldı
-
Nazir müəllimləri təbrik etdi
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
-
Dünya bazarında neft ucuzlaşdı
-
İlk insanlar belə olub - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Bakının bu ərazisində işıq kəsiləcək
-
Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)





