Dünya

Təcili yardım həkimləri qar uçqunu altında qaldı

9 Fevral 2025 00:30
Baxış: 841
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanda təcili yardım həkimləri Kostanay vilayətində qar uçqunu altında qalıblar. 

Milli.Az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. 

Qeyd olunub ki, təcili yardım maşını qar uçqununa düşən xəstəni xəstəxanaya aparmaq üçün hadisə yerinə gediblər. Onlar geri qayıdarkən qar uçqununa düşüblər. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Kostanay vilayətinin 112 Təcili Tibbi Yardım Mərkəzinə rayon magistralının Auliekol-Jaldama yolunda içərisində qadın xəstə olan təcili tibbi yardım maşınının qar uçqunu altında qalması barədə məlumat daxil olub: "Fövqəladə Hallar Nazirliyinin xilasediciləri bütün relyef maşınlarından istifadə etməklə hadisə yerinə gəlib, 2008-ci il təvəllüdlü xəstəni və tibb işçilərini Arkalıq şəhəri xəstəxanasına təxliyə ediblər". (Unikal)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.