Dünya

Təyyarə qu quşlarının sürüsü ilə toqquşdu - FOTO

8 Fevral 2025 09:08
Baxış: 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyaya məxsus "Tui" aviaşirkətinin təyyarəsi qu quşları ilə toqquşduqdan sonra təcili eniş etmək məcburiyyətində qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumatı "Daily Mail" nəşri yayıb.

Qeyd olunur ki, hadisə təyyarə havaya qalxarkən, təxminən 300 metr yüksəklikdə, saatda 300 kilometr sürətlə hərəkət edərkən baş verib.

Quşlar təyyarənin ön şüşəsini və elektron sistemlərini zədələyərək pilotları həyəcan siqnalı verməyə məcbur edib.

Uğurlu enişdən sonra ekipaj müşayiətçilərdən kömək istəyib, belə ki, qu quşları ilə toqquşan təyyarənin korpusunda kiçik çatlar yaranıb, ön şüşədə isə qan izləri qalıb.

Məlumat üçün əlavə edək ki, təyyarə Qatvik hava limanından Kabo-Verdeyə uçub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.