Dünya

Vaşinqtondakı təyyarə qəzası terror aktı olub?

30 Yanvar 2025 08:46
Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaşinqton yaxınlığındakı təyyarə qəzasında kriminal və terror təşkilatlarının əli yoxdur.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Federal Təhqiqatlar Bürosunun yerli ofisindəki yüksək vəzifəli mənbə bildirib.

Qurum rəsmisi idarənin hər cür köməklik göstərməyə hazır olduğunu bildirib.

Vurğulanıb ki, büro daha sonra müvafiq açıqlama yayacaq.

Qeyd edək ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus helikopterlə toqquşub.

Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirən təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Qəzadan sonra təyyarə Potomak çayına düşüb. Hazırda faciə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.