ABŞ-nin seçilmiş prezidenti Donald Tramp tezliklə ölkə tarixində ən böyük deportasiya əməliyyatına başlayacağını bəyan edib.
Trend xəbər verir ki, Vaşinqtondakı Capital One idman arenasında tərəfdarları qarşısında çıxış edən Tramp bu əməliyyatın rekordçu prezident Duayt Eyzenhaueri belə geridə qoyacağını bildirib:
"Çox tezliklə biz Amerika tarixində ən böyük deportasiya əməliyyatına başlayacağıq. Bu, hazırda rekord sahibi olan Prezident Duayt Eyzenhauerdən də böyük olacaq", - deyə Tramp qeyd edib.
Bununla yanaşı, Respublikaçı lider ABŞ-nin 35-ci prezidenti Con Kennedi, onun qardaşı Robert Kennedi və Nobel Sülh mükafatı laureatı Martin Lüter Kinqin qətli ilə bağlı məxfi materialları dərc etməyə hazırlaşdığını açıqlayıb.
"Biz prezident Con Kennedi, onun qardaşı Robert Kennedi və doktor Martin Lüter Kinq-kiçiyin qətli ilə bağlı qalan qeydləri və böyük ictimai maraq doğuran digər mövzuları ictimaiyyətə açıqlayacağıq," - Tramp vurğulayıb.
Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.
Milli.Az