Argentinanın "River Pleyt" futbol klubu öz ev stadionu olan "Monumental"ın genişləndirilməsi layihəsinə başladığını elan edib.
Milli.Az xəbər verir ki, klubun mətbuat xidməti arenanın tutumunun hazırkı 85 min nəfərdən 101 min nəfərə qədər artırılmasının planlaşdırıldığını bildirib.
Tikinti işlərinin aprel ayının ilk həftəsində başlaması nəzərdə tutulur. Layihə müsabiqə əsasında seçiləcək on aparıcı tikinti şirkətinin iştirakı ilə həyata keçiriləcək. Rekonstruksiya işlərinin dəyərinin 100 milyon dollardan çox olacağı, ümumi müddətinin isə təxminən 36 ay çəkəcəyi qeyd olunub.
İşlər tamamlandıqdan sonra "Monumental" tutumuna görə dünyanın ikinci ən böyük futbol stadionu olacaq. Hazırda bu göstərici üzrə birinci yerdə Pxenyanda yerləşən "Bir May" stadionu qərarlaşıb.
Milli.Az





