Yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Kaliforniya rəsmilərini Los-Anceles ətrafında ölümcül meşə yanğınları ilə bağlı səriştəsizlikdə ittiham edib.
Milli.Az bildirir ki, xəbər verir ki, Tramp bu barədə Sosial platformasında paylaşım edib.
Donald Tramp paylaşımda hazırkı administrasiyanı və Kaliforniya rəsmilərini sərt tənqid edib.
"Los-Ancelesdə yanğınlar hələ də davam edir. Bacarıqsız siyasətçilər onları söndürmək üçün bir yol tapa bilmirlər" - Tramp deyib.
O, əlavə edib ki, minlərlə ecazkar evlər yox olub və çoxları tezliklə məhv olacaq: "Hər yerdə ölüm var. Bu, ölkəmizin tarixindəki ən dəhşətli fəlakətlərdən biridir. Yanğınları söndürə bilmirlər. Bunlara nə olub?". /APA
Milli.Az