Dünya

Bayden Gürcüstana görə Trampı çətinə saldı

7 Yanvar 2025 19:59
Baxış: 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gürcüstanın hakim partiyasının qurucusu Bidzina İvanişvilinin ABŞ sanksiyaları altında biznesini idarə etməsi çətin olacaq".

Milli.Az xəbər verir ki, bunu keçmiş amerikalı diplomat Daniel Frid deyib.

Onun sözlərinə görə, Avropa ABŞ-ın İvanişviliyə qoyduğu sanksiyaları  pozmayacaq:

"Hazırda Gürcüstan hökuməti ilə xalqı arasında uçurum var. Hökumət yeni qanunlarla nümayişləri faktiki qadağan edir. Bu qanunlar Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin "Maydan" hərəkatı öncəsində qəbul etdiyi qanunlara çox oxşayır. Biz bənzər konfrontasiyaları görmüşük, amma bunun necə bitəcəyini bilmirəm".

D.Frid bildirib ki, İvanişvili ABŞ-da administrasiya dəyişikliyindən sonra ona qarşı siyasətin də yumşalacağını düşünürsə, yanılır.

Frid düşünür ki, əgər yeni seçilmiş Prezident Donald Tramp hazırkı Ağ Ev rəhbəri Co Baydenin İvanişviliyə tətbiq etdiyi sanksiyaları ləğv edərsə, zəif tərəf kimi qəbul olunacaq. //Globalinfo.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.