Dünya

Türkiyə ilə sərhəddə İranın 1000 yük maşını saxlanıldı

6 Yanvar 2025 18:18
Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə və İran sərhədində saxlanılan yük maşınları ilə bağlı İran nümayəndə heyəti Türkiyəyə gedir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama yayıb.

"Bu məsələ sırf texniki xarakter daşıyır və heç bir siyasi tərəfi yoxdur. Bu məsələ ilə əsasən nəqliyyat sektoru və yanacaq təchizatı sektoruna məsul qurumlar məşğul olur", - o bildirib.

Qeyd edək ki, son həftələr İran-Türkiyə sərhədində 1000-ə yaxın İran yük maşnı yığılıb qalıb. Bunun əsas səbəbi İranın Türkiyə yük maşınlarına yanacaq vermədiyi üçün Türkiyənin İran yük maşınlarınin çənlərindəki yanacağın hər litrinə görə 28 lirə vergi təyin etməsidir.

Həmçinin iranlı sürücülər satmaq məqsədilə normadan artıq yanacaq daşıdıqlarına görə Türkiyə onların əlavə qazancına da vergi təyin edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.