Dünya

Dünyanın ən böyük buz dağı hərəkət edir: 29 ölkədən böyük əraziyə malik aysberq

11 Dekabr 2024 20:35
Baxış: 454
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən böyük buz dağı olan A23a, 38 illik mövcudiyyəti ərzində elm adamlarını dəfələrlə təəccübləndirib və yaxın gələcəkdə daha çox sürprizlərlə diqqət çəkməsi gözlənilir. 

Milli.Az "Express"ə istinadən xəbər verir i, bu nəhəng buz dağı ilk dəfə 1986-cı ildə Antarktikanın Veddell dənizinin cənubundakı Filçner Buz Şelfindən qopub. Lakin qısa müddət sonra dənizin dibinə ilişərək, 350 metr dərinlikdə "buz lövbəri" kimi sabit qalıb və 30 ildən artıq bir müddətdə oradan tərpənməyib.

Uzun fasilədən sonra yenidən hərəkətə keçdi

2020-ci ildən etibarən yavaş-yavaş əriməyə başlayan buz dağı bu proses nəticəsində hərəkətə keçib və səfərinə davam edir. A23a-nın hansı istiqamətdə hərəkət edəcəyi ilə bağlı müzakirələr hələ də davam edir. Elm adamları tərəfindən "ölməyə müqavimət göstərən buz dağı" adlandırılan bu parça, maraqlı geoloji proseslərin nümunəsi kimi qiymətləndirilir.

Nəhəng ölçülərə malikdir

A23a-nın ölçülərini təsəvvür etmək çətindir. Peyk ölçümlərinə əsasən, buz aysberqin orta qalınlığı 280 metrdir. Müqayisə üçün, İstanbulun 4. Levent bölgəsindəki Sapphire binasının hündürlüyü 261 metrdir. Buz dağının ümumi sahəsi isə 2400 kv.km-dir. Bu ərazi İstanbulun Anadolu tərəfindən (1898 kv.km) və Düzce şəhərindən (2492 kv.km) daha böyükdür. Həmçinin, Lüksemburq, Bəhreyn və Sinqapur kimi 29 ölkənin ərazisini üstələyir.

Cənubdan şimala hərəkət edir

Əvvəlcə yavaş hərəkət edən buz dağı, axınların və küləklərin təsiri ilə Antarktikanın cənubundan daha isti şimal sularına doğru irəliləyib. Hazırda A23a, "Buz Dağı Keçidi" adlanan və Antarktikanın üzən buzlarının əksəriyyətinin çıxdığı bir yolla Cənubi Corciya və Cənubi Sendviç adalarına doğru hərəkət edir.

Ərimə prosesi qaçılmazdır

Buz dağı zamanla parçalanaraq əriməyə davam edəcək. Peyk görüntüləri və sahəni müşahidə edən gəmilərdən alınan yaxın plan şəkillər bu prosesi aydın şəkildə göstərir. Hər gün buz dağından bəzən futbol meydançası, bəzən isə yük maşını ölçüsündə parçalar ayrılaraq dənizə düşür.

2023-cü ilin dekabrında sürətli axınların təsiriylə Antarktika Yarımadasının ucuna çatan aysberq, bölgədə üstünlük təşkil edən qərb küləkləri səbəbindən sonrakı istiqamətini proqnozlaşdırmağı çətinləşdirib.

2024-cü ilin aprel ayında, A23a buz dağı Antarktika Yarımadasının şimal-şərqində, Cənubi Orkney adalarına yaxın, 60-cı paralel boyunca təxminən 700 km məsafədə irəliləməyə davam edirdi. Elm adamları buz dağının daha isti sularda parçalanmasını və əriməsini gözləyirdilər.

Hərəkəti gözlənilməz şəkildə dayandı

Lakin avqust ayında A23a-nın dünyanın ən güclü okean axını ilə hərəkət etməli olduğu halda aylarla yerində döndüyü aşkarlanıb. Tədqiqatçılar, buz dağının, Qeoffri İnqram Teylor tərəfindən kəşf edilən və "Teylor sütunu" adlanan hidro-dinamik fenomenə qapıldığını düşünürlər. Bu fenomen nəticəsində A23a-nın illərlə bu yerdə sıxışıb qala biləcəyi ehtimal edilir.

Professor Mark Brandon bu barədə deyir:

"Adətən buz dağlarının müvəqqəti olduğunu, parçalanaraq əridiyini düşünürsünüz. Amma bu belə deyil. A23a "ölməyə müqavimət göstərən buz aysberqdir"dır".

Qlobal istiləşmə və təbii davranışın birləşməsi

A23a-nın Antarktika sahillərindən qopması qlobal istiləşmə ilə əlaqələndirilsə də, vəziyyət daha mürəkkəbdir. Çünki aysberq hələ də çox soyuq olan bir bölgədən ayrılıb. Bu tip böyük buz parçalarının qırılması təbiidir. Bununla belə, Antarktikanın digər bölgələrində istiləşmə nəticəsində daha çox buz parçası qopmuş və bu vəziyyət qitə buz şelflərinin çökməsinə səbəb olub.

Geoloji sübutlar və qədim istiləşmə dövrü

Okean dibindən çıxarılan nümunələrin təhlili göstərir ki, təxminən 1.2 milyon il əvvəl "Buz Dağı Keçidi" böyük buz axınına şahidlik edib. Tədqiqatçılar bunun Qərbi Antarktikanın buz şelflərinin əksəriyyətini parçalamış əvvəlki istiləşmə dövrünün sübutu olduğunu bildirirlər.

A23a-nın əriməsinin faydaları

A23a-nın əriməsi bəzi müsbət nəticələr də gətirə bilər. Böyük buz dağlarının əriməsi zamanı içərisində haps olmuş mineral tozları okeana daxil olur. Bu minerallar açıq okeanda qida zəncirinin əsasını təşkil edən mikroorqanizmlər üçün əhəmiyyətli qida mənbəyinə çevrilir./qaynarinfo

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.