Dünya

Netanyahu hakim qarşısında - Nazirlər də məhkəməyə gəldi - FOTO

10 Dekabr 2024 14:40
Baxış: 808
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin Baş naziri Benyamin Netanyahu korrupsiya ilə bağlı məhkəmə prosesi üçün məhkəmədədir. 

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Netanyahuya qarşı dələduzluq və etimadın pozulması işi açılıb. Bildirilir ki, Netanyahu və ailə üzvləri amerikalı prodüser Arnon Milçandan və avstraliyalı-israilli iş adamı Ceyms Pakerdən 700 min şekel (333 410 AZN) dəyərində bahalı hədiyyələr qəbul ediblər.  

Bundan əlavə, Netanyahu rüşvətxorluq, fırıldaqçılıq və etibardan sui-istifadədə ittiham olunur.

Baş nazir Təl-Əviv Rayon Məhkəməsinin zalına daxil olub və fotoqrafların sonuncusu çıxana qədər şahid kürsüsündə və ya skamyada oturmaqdan yayınıb. Zalda Netanyahunun oğlu Avner N. və nazirlər də yer alıb. Onlar Baş naziri dəstəkləmək üçün gəldiklərini ifadə ediblər.

Nərmin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.