Fransa Milli Assambleyası Mişel Barnye hökumətinə etimadsızlıq haqqında qətnamə qəbul edib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Nazirlər Kabinetinə etimadsızlıq səsverməsini 331 deputat dəstəkləyib.
Milli Assambleyanın sədri Yael Bron-Pive bildirib ki, Fransa Konstitusiyasına uyğun olaraq Mişel Barnye istefa ərizəsini ölkə prezidentinə təqdim etməli olacaq.
Etimadsızlıq səsverməsinin elan edilməsi üçün 577 deputatdan azı 289-nun səsi lazım idi.
Milli.Az