Dünya

Cef Bezos və Elon Maskın 90 dəqiqədə təbiətə vurduğu ziyan

3 Noyabr 2024 12:52
Baxış: 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Oxfam" beynəlxalq yardım təşkilatının bu həftə dərc etdiyi hesabata görə, Elon Mask və Cef Bezos da daxil olmaqla, dünyanın 50 ən zəngin milyarderinin dəbdəbəli həyat tərzi və investisiyalarının səbəb olduğu karbon emissiyaları ilk dəfə açıqlanıb.

Milli.Az valyuta.az-a istinadən xəbər verir ki, esabatdakı tapıntılar texnologiya dünyasının aparıcı adlarının ekoloji ritorikasının arxasındakı həqiqəti ortaya qoyur.

Elon Mask və Bezos sadəcə nümunədir...

Araşdırmaya görə, super zənginlərin dəbdəbəli həyatlarının cəmi 90 dəqiqəsi ərzində buraxdıqları karbonun miqdarı adi bir insanın həyatı boyu buraxdığı karbon emissiyasına bərabərdir. Oxfam Beynəlxalq Direktoru Amitabh Behar deyib: "Bu, sadəcə olaraq ədalətsizlik deyil, bu, planetimizdə həyatı təhdid edən ölümcül vəziyyətdir" .

Hesabat xüsusilə Elon Mask və Cef Bezosun karbon ayaq izlərinə diqqət çəkir. Maskın iki şəxsi təyyarəsinin bir il ərzində buraxdığı 5 497 ton karbon qazı orta insanın 834 il ərzində atdığı karbon qazına bərabərdir. Bezosun reaktiv donanması ildə 2 908 ton karbon buraxır.

Bununla belə, əsl təəccüblü məlumatlar milyarderlərin investisiya portfellərindən gəlir. Tədqiq olunan 50 milyarderin investisiyalarının təxminən 40 faizi neft, mədənçıxarma və nəqliyyat kimi yüksək çirkləndirici sektorlara aiddir. Bu investisiyalar nəticəsində yaranan emissiyalar şəxsi təyyarələrin və yaxtaların ümumi emissiyalarının 340 qatına çatır.

"Oxfam"ın hesablamalarına görə, ən zəngin 1 faizin emissiyaları 1990-cı ildən bəri iqlim dəyişikliyi səbəbindən qlobal iqtisadi məhsulun 2,9 trilyon dollar azalmasına səbəb olub. Üstəlik, bu emissiyalar hər il 14,5 milyon insanı qidalandıra biləcək məhsul itkiləri ilə nəticələndi.

"Oxfam" rəsmiləri super zənginlərin emissiyalarını məhdudlaşdırmağa, karbon vergilərini artırmağa və iqtisadi sistemin yenidən qurulmasına çağırır. Bununla belə, təşkilatın sözçüsü Annie Theriaultun sözlərinə görə, şəxsi təyyarələrə qarşı etirazlar və bəzi zənginlərin vergilərin artırılmasına dəstək verməsi də son vaxtlar diqqət çəkən hadisələrdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.