Dünya

Seçkilərdə qalib gəldi - Sərvəti 925 milyon dollar artdı

27 Oktyabr 2024 15:00
Baxış: 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Gürcüstanda keçirilən parlament seçkilərində qalib gələn "Gürcü Arzusu" partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvilinin sərvəti son bir gün ərzində 925 milyon dollar artıb.

Milli.Az yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı məşhur "Bloomberg" şirkəti yayımlayıb.

"Bloomberg"in məlumatına görə Bidzina İvanişvilinin ümumi sərvəti dünən 6,6 milyard dollar olduğu halda bu gün 7,5 milyard dolları keçib.

Qeyd edək ki, Bidzina İvanişvili hazırda dünyanın ən zəngin insanlarının siyahısında 395-ci sırda qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.