Dünya

Rusiyada güclü zəlzələ oldu

27 Oktyabr 2024 10:37
Baxış: 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Kamçatka vilayətində 5,6 maqnitudalı zəlzələ olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsi teleqramda bildirib.

"27 oktyabr saat 16:49-da (Bakı vaxtı ilə 08:49) hiss edilən zəlzələ baş verib. Yeraltı təkanın maqnitudası 5,6 olub. Episentr Milkovo kəndindən 164 km şərqdə Kronotski körfəzinin akvatoriyasında yerləşib", - məlumatda qeyd olunub.

Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, seysmik hadisə Petropavlovsk-Kamçatski ərazisində 2 bala qədər hiss edilib. Sunami təhlükəsi elan edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.