Dünya

İsrail İranda bu hərbi obyektləri hədəfə alıb

26 Oktyabr 2024 15:38
Baxış: 420
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail hava qüvvələrinin İranda zərbə endirdiyi hərbi obyektlərin, SEPAH-ın bir sıra postlarının, eləcə də Tehranda yerləşən mühüm hərbi infrastrukturların adları açıqlanıb.

Milli.Az bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı "Araz News"a istinadla xəbər yayıb.

Məlumata görə, hərbi obyektlər arasında Həsən Xan qalası ərazisindəki Qədiri postu, Bidgənə kəndində Fələq, İmam Əli postu, Tehran əyalətindəki Hakimiyə bölgəsindəki post, Rey şəhərindəki kazarma, Əbülfəth kazarması, o cümlədən radar və S-300 raket sistemlərinin yerləşdiyi Şəhid Babayi bazası var.

Qeyd olunub ki, hələlik hücumlar zamanı dəymiş ziyanın məbləği bəlli deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.