NATO qüvvələrinin Kosovodakı keçmiş komandanı, general Mayk Cekson 80 yaşında vəfat edib.
Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Telegraph" məlumat yayıb.
Cekson 1999-cu ilin iyununda Alyansın Avropadakı Birləşmiş Qüvvələrinin Baş Komandanı, amerikalı general Uesli Klarka "III Dünya müharibəsinə başlamaq niyyətində olmadığını" bildirərək, Priştinada (Kosova) rus sülhməramlılarının qarşısını almaqdan imtina etməsi ilə tanınır. Belə bir jest rus qoşunlarına Slatina üzərinə hücuma keçməyə imkan verib.
Hərbçi Böyük Britaniyada anadan olub və rus dilini 1963-cü ildə hərbi kəşfiyyatda xidmət edərkən öyrənib. 1972-ci ildə Şimali İrlandiya münaqişəsi zamanı bu şəxs Qanlı Bazar günü kimi tanınan Londonderri və Belfastda nümayişçilərin atəşə tutulmasında iştirak edən 1-ci Batalyon Paraşüt Alayında xidmət edib. 2011-ci ildə hərbçilər Britaniya Ali Məhkəməsinin hakimi Mark Savil Ceksonun rəhbərliyi ilə 1972-ci il hadisələri ilə bağlı müstəqil araşdırmanı ictimailəşdirdikdən sonra Britaniya Silahlı Qüvvələrinin Şimali İrlandiyadakı hərəkətlərinə görə üzr istəyib.
1995-1996-cı illərdə Bosniya və Herseqovinada çoxmillətli sülhməramlı qüvvələrdə diviziya komandiri olub. 1997-2000-ci illərdə Cekson NATO-nun Birgə Çevik Reaksiya Korpusuna rəhbərlik edib və bilavasitə Avropadakı Müttəfiq Qüvvələrin baş komandanı, amerikalı general Uesli Klarka tabe olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun