Dünya

Dördayaqlı alpinist: İt Xeops zirvəsini fəth etdi - VİDEO

16 Oktyabr 2024 20:40
Baxış: 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirdə maraqlı bir hadisə baş verib: it dünyanın yeddi möcüzəsindən biri hesab edilən qədim Xeops piramidasının zirvəsinə müstəqil şəkildə dırmaşmağı bacarıb.

Milli.Az bildirir ki, oxu.az-ın verdiyi məlumata görə, alpinist-itlə bağlı video sosial şəbəkələrdə sürətlə yayılaraq istifadəçilərin heyranlığına səbəb olub.

Kadrlarda itin nə vaxtsa dünyanın ən hündür tikilisi hesab olunan piramidanın daş bloklarına məharətlə dırmaşdığı görünür. Cəmi bir neçə dəqiqə ərzində o, ehramın ən yüksək nöqtəsinə çatır.

Qeyd edək ki, təxminən e.ə. 2560-cı ildə tikilmiş Xeops piramidasının hündürlüyü 147 metrdir. Yuxarıya çatdıqdan sonra it yaxınlıqdan uçan quşları qovaraq ucadan hürməyə başlayıb.

Yeri gəlmişkən, it bu zirvənin fəthi ilə qaydaları ciddi şəkildə pozub: Misirdə 118 piramidanın hər hansı birinə qalxmaq ciddi şəkildə qadağandır. Turistlər bu qədim abidələrin zirvələrini yalnız paraplanla quş uçuşu hündürlüyündən seyr edə bilərlər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.