Dünya

"Google Maps" xəritələrində bu ərazidə sirli "qapı" aşkarlandı

17 Oktyabr 2024 05:05
Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkə istifadəçiləri Antarktidanın peyk görüntülərində insanlara "giriş qapısı"nı xatırladan bir obyekt aşkar ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, görüntü sosial şəbəkə istifadəçiləri tərəfindən çoxlu müzakirəyə səbəb olub.

Bildirilib ki, "qapı" Yaponiyaya məxsus Şova stansiyasının cənub-şərqində yerləşir. Şərhçilər bunun "Bigfut"un evi və ya "Star Trek"dən olan "şatl" ola biləcəyi barədə öz nəzəriyyələrini irəli sürməyə başlayıblar.

Lakin alimlər obyekt barədə elmi izah veriblər. Nyukasl Universitetinin qlyasiologiya professoru Betan Devis şəkildəki məlumatları təhlil edərək izah edib ki, bu, dayaz sularda ilişib qalmış və indi əriyən bir aysberq ola bilər.

Vulkanoloq professor Con Smelli isə əlavə edib ki, "qapı"nın yuxarı hissəsi buzun əriməsi nəticəsində yarana bilər.

"Mən demək olar ki, əminəm ki, bu sadəcə təbii bir hadisədir və burada narahat olmalı bir şey yoxdur", - deyə o yekunlaşdırıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.