Dünya

Bayden Trampın müdafiəsinə qalxdı

12 Oktyabr 2024 15:36
Baxış: 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Co Bayden İran hakimiyyətini ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd planlarından çəkinməyə çağırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezident administrasiyasının yüksək vəzifəli rəsmisi məlumat verib.

Rəsminin sözlərinə görə, Vaşinqtonda İranın təşəbbüsü ilə keçmiş prezidentə qarşı istənilən sui-qəsd cəhdi müharibə aktı kimi qəbul ediləcək.

"Bayden İran hökumətinin "ən yüksək eşelonları"na mesajlar göndərərək Trampa və keçmiş ABŞ rəsmilərinə qarşı sui-qəsdləri dayandırmağın zəruriliyi ilə bağlı xəbərdarlıq edib", - deyə yazıda bildirilib.

Jurnalistlər həmçinin keçmiş dövlət katibi Mayk Pompeo, keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton və ABŞ-nin İran üzrə keçmiş xüsusi nümayəndəsi Brayan Hukun İran tərəfindən hədəf alındığı iddialarına diqqət çəkiblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.