Korrupsioner avroparlamentarilər - davam edən avantürizm
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Adı korrupsiya və rüşvət qalmaqallarında keçən Avropa Parlamentinin (AP) Azərbaycana qarşı qərəzli münasibəti, ermənipərəst mövqeyi dəyişmir. İkinci Qarabağ müharibəsində qələbədən sonra azğınlaşan avroparlamentarilərin Azərbaycana münasibətdə qərəzli yanaşmasının, ədalətsiz, əsassız qətnamələrinin şahidi olduq və bu proses davam edir. Humanizmdən, ədalətdən danışan AP üzvlərinin çoxu bu dəyərləri açıq-aşkar heçə sayır. Bu təşkilat Ermənistanın oyuncağına çevrilib, erməni lobbisinin göstərişləri, müraciətləri əsasında hərəkət edir. Bununla da açıq ermənipərəst mövqeyini ortaya qoyur. Növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli fəaliyyəti ilə seçilib.
Erməni mediasında yer alan xəbərlərə görə, Avropa Parlamentinin üzvləri İrəvana səfər edib Qarabağdan qovulan keçmiş separatçı rejimin qalıqları ilə görüşüblər. Görüş zamanı bölgəni könüllü tərk edən sakinlərin geri dönüşü, eləcə də konkret cinayət faktları üzrə həbs edilən separatçı terrorçuların azad olunması müzakirə edilib. Erməni tərəfinin yalanı, həyasızlığı o həddə çatıb ki, Azərbaycanla şərti sərhəddə törətdiyi təxribatlarla bağlı faktları təhrif edilmiş formada avroparlamenarilərin diqqətinə çatdırıb. İddia ediblər ki, sərhədyanı bölgələrin əhalisi normal və təhlükəsiz həyatdan, gündəlik qazancdan məhrum edilib. Erməni deputatları həmkarlarına Qarabağda həyata keçirilən 2023-cü il antiterror əməliyyatlarını "soyqırımı", "ermənifobiya" kimi qələmə verməyə çalışıblar. Bir faktı da qeyd edək ki, avroparlamentarilərin İrəvana səfərinin təşkilatçısı mənzil-qərargahı Fransada yerləşən erməni "Ay data" qurumu olub. Bu fakt özlüyündə bütün məqamlara aydınlıq gətirir.
Adıçəkilən struktur Azərbaycana qarşı informasiya müharibəsinin önündə gedir. 2020-ci ildən isə bu müstəvidə xüsusi aktivliyi ilə seçilir. Avropa Parlamentində nə qədər azərbaycanofob deputat varsa, hamısını Azərbaycan əleyhinə səfərbər edib.
Ümumiyyətlə, Qərb strukturlarının Azərbaycana qərəzi uzun illərdir dəyişmir. Xüsusilə, Azərbaycana qarşı riyakar və qərəzli mövqe İkinci Qarabağ müharibəsində qazanılan qələbədən sonra daha da azğınlaşıb. Ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycana qarşı qərəzli yanaşmaların, ədalətsiz, əsassız qətnamələrin ard-arda şahidi olduq. Humanizmdən, ədalətdən danışan təşkilat bu dəyərləri təkrar-təkrar tapdalamaqdan çəkinmir.
Götürək elə korrupsiya faktlarını - bu, Avropa Parlamentinin imicinə ağır zərbə vurub. AP çoxdan korrupsiyaya bulaşmış qurum imici qazanıb, orada təmsil olunan bir sıra dövlətlərin nümayəndələri isə Qərb ölkələrində fəaliyyət göstərən erməni milyarderlərin əlində oyuncağa çevrilib. Vaxt keçdikcə istər Avropa Parlamentinin rəhbər şəxsləri, istərsə də bir sıra deputatları rüşvətxorluqda ittiham olunurlar. Məlum olur ki, onlar erməni lobbisinin çirkli pullarının yuyulmasında iştirak ediblər. Çox uzağa getməyək, 2022-ci ildə polis tərəfindən Avropa Parlamentinin sədr müavini, yunanıstanlı deputat Eva Kaylinin həbs edilməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Belçikanın federal müstəntiqləri Kayli də daxil olmaqla, saxlanılanları rüşvət qismində külli miqdarda pul və müxtəlif bahalı hədiyyələr almaqla Qətərin xeyrinə AP-də qəbul edilən qərarlara təsir göstərməkdə, qanunsuz lobbiçilikdə ittiham edib.
Rüşvəti adətə çevirən avroparlamentarilərin növbəti qalmaqalı isə "Russiagate" işi ilə bağlı olub. İronik görünsə də, parlament üzvlərinə "Voice of Europe" saytı vasitəsilə Rusiya təbliğatının genişləndirilməsi üçün rüşvət verilib. Bununla əlaqədar olaraq Belçika polisi parlamentin ofisində axtarış aparıb. Axtarışlar zamanı bu ölkənin hüquq-mühafizə orqanları Avropa Parlamentinin əməkdaşlarının bu işdə aparıcı rol oynadıqlarına dair əlamətlər aşkarlayıb. Parlamentin sözçüsü isə bütün olanlar qarşısında susqunluğunu qoruyub.
Azərbaycana qarşı böhtan və qərəzli kampaniyada avroparlamentarilər tək deyillər. Bu sırada onlara ermənidən çox erməni olmağa cəhd göstərən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okampo da var. İrəvana təşrif buyuran bu erməni əlaltısı bir daha ermənilərlə sıx əlaqəsini nümayiş etdirib. Bu dəfə keçmiş BCM prokuroru erməni mediasına müsahibə verib və Bakıda həbsdə olan, barəsində istintaq aparılan cinayətkar Ruben Vardanyanı utanmadan müdafiə etməyə başlayıb.
Görünən odur ki, anti-Azərbaycan qüvvələr COP29 ərəfəsində ölkəmizə qarşı sözün əsl mənasında informasiya müharibəsinə start veriblər. Azərbaycana qarşı qarayaxma kampaniyasının müxtəlif dairələr tərəfindən aparıldığı çoxdan məlumdur. Erməni lobbisindən yemlənən Avropa Parlamenti və deputatları, müxtəlif qondarma hüquq müdafiə təşkilatları da onun əlində oyuncağa çevrilib. Şübhə yoxdur ki, bütün kampaniyalar kimi, bu da iflasa uğrayacaq. Azərbaycan müstəqil və güclü dövlət kimi öz siyasətini daha da inkişaf etdirəcək. Azərbaycan mütləq tam qalib gələcək və müstəqil dövlət kimi yüksək inkişafa nail olacaq. Çünki Azərbaycan haqlıdır! Onun özünü müstəqil dövlət kimi inkişaf etdirməkdən başqa məqsədi yoxdur, kimsənin torpağına, yaxud sərvətinə göz dikməyib.
REPORT
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakının ən bahalı ünvanları: qiymətlər
-
Əməkdar artist Arzu Əliyevanın yeni işi
-
Ronaldudan sonra Portuqaliyanın yeni "7 nömrə"si - (Foto)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar
-
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
-
Afra Saraçoğlu narkotik testinin nəticəsi ilə bağlı açıqlama verib
-
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb – Baş Prokurorluq
-
Bərdədə qəza zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib (Foto)
-
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoran bağlandı - (Foto)
-
Bakıda xalq artistinin oğlu döyülüb, çənəsi sındırılıb - (Foto)
-
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı
-
Ağstafada müəllimlər arasında dava: "Məni telefonla çəkirdi" - (Yenilənib)
-
Hacıqabulda qəza - 4 nəfər xəsarət alıb
-
Gəncədə 5 şagird zəhərlənib, məktəbin bufeti bağlanıb - (Yenilənib)
-
Bu deputatın mandatı ləğv edildi - (Foto)
-
Eldəniz Məmmədov magistraturaya qəbul oldu
-
Payızda bu qaydalar saçlarınızı qoruya bilər
-
Bakıda şadlıq sarayında istehlaka yararsız ətlər tapıldı
-
6667 hektar ərazi minalardan təmizləndi
-
Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub
-
AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib
-
Türkiyədə kömür mədənində uçqun: 5 işçi dağıntılar altında qalıb
-
Tbilisiyə qatar bileti ucuzlaşdı - Bu tarixdən





