Dünya

SEPAH Qaani ilə bağlı yeni bəyanat verdi

9 Oktyabr 2024 19:50
Baxış: 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SEPAH-ın Qüds Qüvvələrinin komandanı general-mayor İsmayıl Qaani sağdır və yaxın günlərdə ölkə rəhbəri Əli Xamenei ona "Fəth" nişanı verəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri SEPAH komandirinin müşaviri İbrahim Cabbari deyib.

O, Qaaninin harada olduğu və niyə görünmədiyi barədə açıqlama verməyib.

Qeyd edək ki, 27 sentyabrda Beyruta edilən hücumlardan sonra Qaani ilə əlaqə kəsilib. Qətərli vasitəçilər də Qaani ilə əlaqə saxlaya bilmədiklərini təsdiqləyiblər.

Bu, onun İsrailin hava zərbələri nəticəsində həlak olması barədə ehtimalları artırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.